ƏMRAH FƏQANOĞLU: “GUYA Kİ, HEÇ MƏNİ TANIMAYIRSAN…”

(O gün çəkinmədən ünvanıma «sən heç vaxt mənə doğma olmamısan!» kəlmələrini söylədin…) Bu sözü kaş mənə o an deyəydin- Əlim əllərinə toxunan anda. “Sən mənə ögeysən, yadsan” deyəydin İkimiz qol-boyun addımlayanda. Deyəydin sevmirəm, özünü yorma, Bu, məhəbbət deyil, bir əyləncədir. Heç vaxt olmamısan sən mənə doğma Nə də bu görüşlər ürəyimcədir. Üstümə yağaydı baxışlarından Sevmirəm […]

Ətraflı oxu

İnamımızın tükəndiyi zamanlar – Əmrah Fəqanoğlu yazır

Mələk qiyafəlilər həyatımızı gözəlləşdirə bilirmi? Proloq əvəzi: Bu yazını düz 5 il bundan əvvəl, yanvarın 10-da yazmış və oxunaqlı saytlardan birində oxucularıma təqdim etmişdim. Feys xatırlatdı, açıb baxdım. Müəllifin adı “buxarlansa” da, yazı saytda olduğu kimi qalır. Oxuyanda əmin olacaqsınız ki, elə aktuallığı da… Eyni insanlar, eyni yanaşma, eyni münasibət. Heç kim və heç nə dəyişməyib. […]

Ətraflı oxu

Bəxtiyar Vahabzadənin vəfatından on bir il ötür

Bu gün sevimli xalq şairimiz, şeirləri ilə ürəklərə yol tapan, qəlbləri riqqətə gətirən dahi söz ustadımız Bəxtiyar Vahabzadənin vəfatından on bir il ötür. Düşünən və düşündürən şairimiz! Yoxluğunuz ədəbiyyatımızda böyük bir boşluq kimi hələ də hiss olunmaqdadır… Allah sizə qəni-qəni rəhmət eləsin! “HƏYAT SƏN NƏ ŞİRİNSƏN?!” Səndən doymaq olarmı? Həyat sən nə şirinsən?! Ancaq hamının […]

Ətraflı oxu

ƏMRAH FƏQANOĞLU: “YAĞIŞ YAĞIR”

YAĞIŞ YAĞIR Yağış yağır narın -narın Üzərinə göy otların. Yağış yağır, hanı quşlar? Yuvalara sığınmışlar. Görən yağış kəsər haçan, Seyr edirlər yuvalardan. Yağış yağır göy çəmənə, Yağır çölə, düzə yenə. Gözəlləşir daha da bax, Gül – çiçəklər yuyunaraq. Yağış yağır, gözəlləşir bütün aləm. Yağış yağır, Nə gözəldir bu gün aləm… ƏMRAH FƏQANOĞLU

Ətraflı oxu

Könül Məmmədzadə: “İnciyirəm”

İncimirəm məndən uzaq duranlardan… İncimirəm qeybətimi qıranlardan… İncimirəm adi aravuranlardan… Kürəyimdən vuranlardan inciyirəm! İncimirəm mənə əyri baxanlardan… İncimirəm hər tərəfə axanlardan… İncimirəm qurduğumu yıxanlardan… Ümidimi yıxanlardan inciyirəm! İncimirəm mənə yalan deyənlərdən… İncimirəm özlərini öyənlərdən… İncimirəm müftə çörək yeyənlərdən, Haram tikə yeyənlərdən inciyirəm! İncimirəm məni darda atanlardan, İncimirəm tikan kimi batanlardan… İncimirəm sözü baha satanlardan Vicdanını […]

Ətraflı oxu

Əmrah Fəqanoğlu: “PAYIZ”

Gəlişin kövrəltdi məni yamanca Sarı don geydirdin yala, yamaca. Nəğməkar quşlarsız boş qaldı bağça… Payız, ah, payız… Təbiət qəmgindir, ağaclar sanki Heçliyə at çapır qovulantəki. Dünənki çiçəyin soluxub rəngi Payız, ah, payız… Kirimir, ağlayır buludlar elə, Dönür göz yaşları coşqun bir selə. Ömrə qış tələsir qədəmləriylə… Payız, ah, payız… Dumana bələnən uca zirvələr Nə qədər […]

Ətraflı oxu

Nazlı Çələbi: “BAŞQASIYLA SƏHV SALMA GƏL”

BAŞQASIYLA SƏHV SALMA GƏL – Biri mənə qəsdən dedi, Ağıllı ol vurram səni. Yoldan ötən başqasıyla, Dəyişik, səhv salma məni. – Dedim qardaş səhv salmaram, Bu nə sözdü, həddim nədi ? Sən elimin gözəl oğlu, Bir incisi, nanəsisən, Yasəməni, qızılgülü, Qara xallı laləsisən. Səndən yoxdu el – obada, Yer üzündə, facebookda. Mamlımatan qadınların, Şəngülümü, fərəsisən. […]

Ətraflı oxu

Nazlı Çələbi – “Nə olar ki?”

Biz də geyək dar yubkanı çıxaq adamlar içinə , nə olar ki? Sellülitli budlarimız girsin hamının gözünə, nə olar ki? Geyimlə əxlaq ölçülmür deyənlərə alqış edək, alnın öpək . Baxsın hormonları aşan, qadın aclığından çaşan cavan , qoca, nə olar ki? Biri baxib söyüş söysun, o biri də için cəksin . Uşaqlar da bizi görüb […]

Ətraflı oxu

Nazlı Çələbidən Baba Pünhanın məhşur şerinə cavab

« Mən Allaha sən deyirəm , sənə siz mi deyim?» Sözün deyib getdin Pünhan. Saldın yaman dərdə bizi , gic əlində qoydun, Pünhan ! Bu millətin ədəbsizin tənqid edib göstərən sən, Bir beyt ilə ədəbsizi üstümüzə qaldırmısan . Dediklərin min kəlmədən hec birini eşitməyib, Bu kəlməni bayraq edib , beyinlərə mıxlamısan. Götürdülər ortalıqda olan qalan […]

Ətraflı oxu

Cəlilabad rayon Yaradıcılıq Mərkəzində gənc yazar Sevil Gül Nurun “Şəhadət sarayı” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib – FOTO

May ayının 25-də Cəlilabad rayon Yaradıcılıq Mərkəzində gənc yazar Sevil Gül Nurun “Şəhadət sarayı” adlı kitabının növbəti təqdimat mərasimi keçirilib. İstixeber.info xəbər verir ki, bir neçə rayonda və Bakı şəhərində təqdim olunan kitab vətən yolunda canını fəda edən Azərbaycan oğullarından bəhs edir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə icra başçısı müavini Elnarə Həsənova, […]

Ətraflı oxu