“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü – FOTO

“Kurtlar Vadisi Pusu”da oynadığı Ordinaryüs obrazı ilə tanınan Turhan Kaya dünyasını dəyişib. İstixeber.com xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Həkim nəzarətinə alınan Kaya bir müddət sonra reanimasiyaya yerləşdirilib. Müalicələrə baxmayaraq həkimlər aktyoru xilas edə bilməyiblər. Oğlu Theo Kaya atasının koronavirus infeksiyasına yoluxduğunu və buna görə dünyasını dəyişdiyini […]

Ətraflı oxu

BP-nin vitse-prezidenti liftin düyməsini ayaqları ilə belə basdı – VİDEO

BP-nin vitse-prezidenti Zaur Paşayev özünü koronavirusdan qoruyarkən başqaları üçün təhlükəli vəziyyət yaradıb. İstixeber.com xəbər verir ki, AFN-ə vitse-prezidentin liftin düyməsini ayağı ilə açmaq cəhdinin videosu daxil olub. Onun öncə əllərini dezinfeksiya etdiyi, sonra isə ayağını qaldıraraq liftin düyməsini basmağa cəhd etdiyi videodan aydın görünür. Həmin görüntüləri təqdim edirik: İstixeber.com

Ətraflı oxu

Bakıda altı yaşlı uşaq pnevmoniyadan ÖLDÜ

Martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyev vəfat edib. İstixeber.com xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. İlkin məlumata görə, ölümə səbəb pnevmoniya olub. Pnevmoniyanın koronavirusa yoluxma nəticəsində yaranıb-yaranmadığı hələlik məlum deyil. İstixeber.com

Ətraflı oxu

Bakıda naməlum kişi küçədə yıxıldı – RƏSMİ AÇIQLAMA

Bakıda metronun “28 May” stansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir. İstixeber.com xəbər verir ki, onun koronavirus səbəbindən yıxıldığı və bu şübhə ilə xəstəxanaya aparıldığı iddia edilir. Bildirilir ki, təhlükəsizlik məqsədilə polis həmin küçənin giriş-çıxışını bağlayıb. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək […]

Ətraflı oxu

Bakıda dünyasını dəyişən şəxs koronavirusdan ölüb? – ANBAAN VİDEO

Azərbaycanda bir nəfər koronavirusdan dünyasını dəyişib. İstixeber.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Yayılan video görüntülərə görə, bir nəfər dünyasını dəyişmiş şəxsi xüsusi həkim briqadası və polis əməkdaşlarının köməkliyi ilə avtomobilə qoyaraq aparıblar. Videonun şərh bölümündə izləyicilər həmin şəxsin koronavirusadan dünyasını dəyişdini qeyd ediblər. Həmin görüntüləri sizlərə təqdim edirik: İstixeber.com

Ətraflı oxu

Qubada yanğın törədən şəxs saxlanılıb – FOTO

Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.com-a verilən məlumata görə, mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında fəal iştirak ediblər. Əsasən […]

Ətraflı oxu

Azərbaycanda sürücü sükanın arxasında maşın gedə-gedə öldü

Bu gün axşam saatlarında Qax şəhərinin Heydər Əliyev prospektində ölüm hadisəsi baş verib.  İstixeber.com-un məlumatına görə, rayonun Qaxbaş kənd sakini, 1980-ci il təvəllüdlü Anar Diniyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəfildən halı pisləşib və sükan arxasında ölüb. İlkin müayinə zamanı A.Diniyevin ürək çatışmazlığından öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır./apa İstixeber.com

Ətraflı oxu

Bakıda dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz saatlarında dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub. Bu barədə İstixeber.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İlkin məlumatlara görə, evin həyətində 2016-cı il təvəllüdlü Məryəm Rəhimlinin üstünə qapı aşıb. Uşaq xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır. İstixeber.com

Ətraflı oxu

Ambulansla Bakıya sərnişin daşıyan sürücü ilə bağlı – RƏSMİ AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobilində rayon qeydiyyatında olan şəxslərin Bakıya daxil olmasına cəhd edilməsinə münasibət bildirib. İstixeber.com xəbər verir ki, İdarənin Mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, həmin sürücü Şamaxı yolunun 31-ci kilometrliyində yerləşən müvəqqəti postda saxlanılıb: “Həmin avtomobildə sürücüdən başqa tibbi personalı olmayıb. Öndə oturan iki nəfər […]

Ətraflı oxu