“Məni dünyaya gətirdikləri üçün ailəmi məhkəməyə verəcəyəm”

Türkiyədə yayımlanan “Kim milyoner olmaq ister” proqramına qatılan Ebru Söyləməz adlı qadın açıqlamaları ilə verilişə damğa vurub. İstixeber.info bildirir ki, hüquq fakültəsini bitirən 34 yaşlı qadın ailəsini məhkəməyə verəcəyini dilə gətirib: “Təəssfüf ki qan bağı ilə bağlı olduğum ailəm yoxdur artıq. Sevgi bağı ilə bağlandığım bir ailə qurmuşam. İcazəmi almadıqları üçün məni dünyaya gətirən valideynlərimi də […]

Ətraflı oxu

Bakıda qaydanı pozan ambulansın cəriməsi ləğv edildi – FOTO

Bakının Gəncə prospektində qaydanı pozduğu üçün cərimələnən 90-JD-726 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı təcili tibbi yardım maşını ilə bağlı inzibati icraata xitam verilib. İstixeber.info xəbər verir ki, bu barədə qafqazinfo-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib. Onun sözlərinə görə, araşdırma zamanı həmin qayda pozuntusunun operativ nəqliyyat vasitəsinin […]

Ətraflı oxu

Əməkdar jurnalistdən şok etiraf: “Əli Həsənovun “trolu” olmuşam”

Əməkdar jurnalist Azər Həsrət özünə məxsus saytda prezidentin sabiq köməkçisi Əli Həsənovun idarə etdiyi iddia edilən “troll ordusunun” fəal üzvlərindən olduğunu etiraf edib. İstixeber.info xəbər verir ki, Azər Həsrət məsələ ilə bağlı geniş məqalə qələmə alıb. Sözügedən məqaləni təqdim edirik: “Yəqin kimlərsə bu yazımı Əli Həsənovun işdən azad edilməsini mübahisə mövzusuna çevirmək cəhdim kimi qələmə verəcək. […]

Ətraflı oxu

Azərbaycanda meşədən asılmış qadın meyiti tapılıb

Balakəndə meşədən meyit tapılıb. İstixeber.info xəbər verir ki, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir. Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.\apa İstixeber.info

Ətraflı oxu

Bakıda təcili tibbi yardım maşını cərimələndi – FOTO

Paytaxtın Xətai rayonu, Gəncə prospektində hərəkət edən operativ nəqliyyat vasitəsi cərimələnib. İstixeber.info bizimyol.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan protokola əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib. Belə ki, 90 JD 726 dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı təcili tibbi yardım maşını İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimələnib. Qeyd edək ki, […]

Ətraflı oxu

“Allaha inanmıram” – Dilarə Kazımova

Yeni dalğa” festivlaında olanda bizə, “açıq geyinin” deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır. İstixeber.info axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu “Söhbətsiz” proqramında deyib. Sənətçi atasının ölümündən sonra Allaha olan […]

Ətraflı oxu

Prezident Elbrus İsayevi universitetə yeni rektor TƏYİN ETDİ

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. İstixeber.info xəbər verir ki, sərəncamla Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan […]

Ətraflı oxu

Azərbaycanda DƏHŞƏTLİ OLAY! Gecə yarısı dostunun nişanlısına təcavüz etdi

Lerik rayonunda dostunun nişanlısına təcavüz etməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Rasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İstixeber.info xəbər verir ki, Rasif Ağayev 2015-ci ilin iyulun ortalarında, gecə saat 1 radələrində həmkəndlisi, 2000-ci il təvəllüdlü Səbinə Vəliyeva (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub. O, həmin gün Səbinə […]

Ətraflı oxu

Peşə məktəbinin direktoru həbs edildi – RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən İstixeber.info-ya daxil olan birgə məlumatda qeyd olunur ki, dövlətin bu sahədə həyata keçirdiyi […]

Ətraflı oxu

Vilayət Eyvazov idarə rəisini işdən çıxardı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. İstixeber.info-nun məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov vəzifəsindən azad edilib. Onun işdən azad edilməsinin səbəbi xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilməsidir. İstixeber.info

Ətraflı oxu