Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

“Telefon söhbəti deyil, sonra danışarıq” deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, “YouTube” və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu? İstixeber.info ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik: * # 21 # Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz. Xaricilərin təcrübəsinə […]

Ətraflı oxu

Elmar Vəliyevi güllələyən şəxsin cinayət işi məhkəməyə göndərildi

Ötən il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilərək həbs edilən Yunis Səfərovun cinayət işi üzrə istintaq başa çatıb. Bu barədə İstixeber.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və […]

Ətraflı oxu

Nazilə Səfərlidən Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İTTİHAM: Prezidentə müraciət etdi – VİDEO

Azərbaycanlı məşhur şairə və qiraətçi Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızına görə Prezident İlham Əliyeva müraciət edib. İstixeber.info xəbər verir ki, şairə bu barədə sosial şəbəkədə paylaşım edib. O, aparıcı X.Hidayətqızının oğlunu izlətdiyini və onun təhlükəsizliyindən narahat olduğunu bildirib: “Ölkəmizin prezidenti İlham Əliyev cənabları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın insanlara qarşı qayğılarını nəzərə alsaq və islahatları […]

Ətraflı oxu

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. İstixeber.info xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Bildirildi ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən […]

Ətraflı oxu

“Ümid edirəm gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar” – İlham Əliyev

“Bilirsiniz, korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır”.  İstixeber.info xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında deyib. Dövlət […]

Ətraflı oxu

Nazir DYP ilə bağlı göstəriş verdi – FOTO

Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Bu barədə qurumun mətbuat xidmətindən İstixeber.info-ya bildirilib. Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun […]

Ətraflı oxu

Prezident yeni təyin olunan icra başçısından danışdı: “Eşitmişəm ki…” – VİDEO

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub. İstixeber.info BAKU.WS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi. Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə […]

Ətraflı oxu

Millət vəkili olmaq istəyənlərin NƏZƏRİNƏ

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu. İstixeber.info xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər. Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc […]

Ətraflı oxu

XIZI POLİSİ AĞACƏKMƏ AKSİYASINDA FƏAL İŞTİRAK ETDİ – FOTO

Xızıda polislər ağac əkdi DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər. Nəcib […]

Ətraflı oxu

Deputat seçkiləri bu tarixdə keçiriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında”  sərəncam imzalayıb. İstixeber.info xəbər verir ki, Sərəncamda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli […]

Ətraflı oxu