Bu özəl xəstəxanalarda icbari tibbi sığorta pulsuz olacaq – SİYAHI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin beş özəl xəstəxana ilə müqaviləsi var. İstixeber.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir: “Agentliyin göndərişi […]

Ətraflı oxu

“Parlament seçkilərində iştirak etmək üçün 50 nəfərə yaxın şəxs müraciət edib” – Məzahir Pənahov

Azərbaycanda gələn il  fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 50-ə yaxın şəxs müraciət edib. İstixeber.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 7 nəfərinin namizədliyi artıq təsdiq olunub. İstixeber.info

Ətraflı oxu

Rusiya ilə ölkəmiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir” – Cavid Qurbanov

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edib. İstixeber.info xəbər verir ki, C. Qurbanov bildirib ki, “Rusiya Dəmir Yolları” ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9200 kilometrlik Transsibir magistralı bunun əyani göstəricisidir. Cavid Qurbanov qeyd edib ki, ölkələrimiz […]

Ətraflı oxu

“Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun müəyyən olunacaq” – AGENTLİK

“Yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək”. İstixeber.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. O bildirib ki, məsələ son razılaşdırma mərhələsindədir: “Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun, Vahid Tarif Cədvəlinə […]

Ətraflı oxu

Prezident İlham Əliyev Neftçalaya 5 milyon ayırdı SƏRƏNCAM

Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.  İstixeber.info xəbər verir ki, sərəncamla Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. İstixeber.info

Ətraflı oxu