MSK sədri açıqladı: “İstənilən halda komissiya günahkardır”

“İstənilən halda komissiya günahkardır ki, pozuntu halları baş verib”. İstixeber.info-nun  məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, proseslər başa çatandan sonra məsələlərin araşdırılması davam etdiriləcək: “Aşağı seçki komissiyalarının fəaliyyətindən narazılıqlara dair faktlar araşdırılacaq” İstixeber.info

Ətraflı oxu

Dünyanın gözlədiyi görüş BAŞA ÇATDI: Rusiyadan müharibə anonsu – Türk ordusu hərəkətə keçir?

Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada bir araya gələn Türkiyə və Rusiya nümayəndə heyətinin görüşləri başa çatıb. İstixeber.info xəbər verir ki, iki gün davam edən görüşlərdən sonra rəsmi açıqlama verilməyib. Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, türk heyəti meydanda gərginliyin sürətlə azaldılması və dinc sakinlərin vəziyyətinin daha da pisləşməməsi üçün tədbirlər görülməsini […]

Ətraflı oxu

Prezident İlham Əliyev BNA sədrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi: – Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu […]

Ətraflı oxu

Bu DSK sədrinin bütün qohumları komissiya üzvüdür – SİYAHI

Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli 10 saylı Dairə Seçki Komissiyası (DSK) ilə bağlı maraqlı məlumat paylaşıb. İstixeber.info Yenisabah.az xəbər verir ki, Qorxmaz İbrahimlinin məlumatına görə, DSK sədri İsgəndər Əliyev yaxın qohumlarını komissiyalara yerləşdirib. Onun qohumlarının siyahısını təqdim edirik: 11 saylı Məntəqə Seçki Komissiyanda (MnSK) Qafarova Rəqsanə İsgəndər qızı (İsgəndər Əliyevin qızı) – Vətəndaş Birliyi […]

Ətraflı oxu

“Pozuntu olan yerlərdə nəticələrin ləğv olunmasına meylliyik” – Məzahir Pənahov

“Biz əslində seçki nəticələrinin ləğv olunmasına meylliyik”. İstixeber.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır: “Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”./report İstixeber.info

Ətraflı oxu

MSK qərar verdi: Bu dairədə nəticələr dəyişdi – Daha bir tanınmış şəxs seçkini uduzdu – FOTO

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb. İstixeber.info xəbər verir ki, iclasda həmin dairənin 5 seçki məntəqəsi – 14, 16, 21, 23 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi […]

Ətraflı oxu

Ali məktəblərə qəbul imtahanında dəyişiklik edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. İstixeber.info-nun məlumatına görə, Qaydalara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İndiyə qədər imtahanın davametmə […]

Ətraflı oxu