MSK bu məntəqələrin nəticələrini ləğv etdi – Siyahıda Yevlaxda var

Fevralın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İstixeber.info xəbər verir ki, iclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı subyektlərin və ərizəçilərin iştirakı ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Tam və hərtərəfli şəkildə araşdırılan müraciətlərlə bağlı təqdim olunan əlavə görüntülər birbaşa iclasın gedişində də nümayiş etdirilib […]

Ətraflı oxu

İranda güclü zəlzələ olub – Ölən və yaralananlar var

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib. İstixeber.info bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 09:22 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib. Qeyd edək ki, ötən il 8 noyabrda İranın […]

Ətraflı oxu

Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb – FOTO

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri başa çatıb. İstixeber.info xəbər verir ki, Romanın “Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Mario Turko və digər rəsmi şəxslər yola salıblar. İstixeber.info

Ətraflı oxu

“Şou-biznesə ər tapmağa gəlirlər”

“Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”. İstixeber.info xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu camiyəni “bataqlıq” adlandıranları qınayıb: “Bir qızın müsahibəsini oxumuşdum ki, ərə […]

Ətraflı oxu

Sumqayıtda 4-cü kurs tələbəsi özünü asdı – FOTO

Sumqayıtda intihar hadisəsi baş verib. İstixeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, əslən İmişlidən olan Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Qurbanov Müzəffər Qəzənfər oğlu dəniz sahilində özünü ağacdan asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil. Qeyd edək ki, intihar edən şəxs Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsininin 4-cü kurs tələbəsi olub. Faktla bağlı araşdırma […]

Ətraflı oxu