2-ci Dünya Müharibəsində əvəzedilməz Azərbaycan nefti və neftçisi – VİDEO

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri […]

Ətraflı oxu

Yevlaxda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir – FOTO

Yevlax Şəhər İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər keçirirlər. Şəhər İcra Hakimiyyətindən İstixeber.com-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq ölkə ərazisində tətbiq edilən xüsusi sanitar rejiminin qaydalarını sakinlərin diqqətinə çatdırırlar. Sosial müavinətlərin verilməsi ilə bağlı yerli […]

Ətraflı oxu

Xaçmaz sakini itkin düşüb – FOTO

Ailəsi onu axtarır DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.com-a verilən məlumata görə, Xaçmaz rayonunun Alekseyevka (Çay kənarı) kənd sakini, 42 yaşlı Murad Ziyayev 2019-cu ilin noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Murad Ziyayevin əlamətləri belədir: Boyu 167 sm., orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdır. Murad Ziyayev ruhi əsəb […]

Ətraflı oxu

Bakı metrosu fəaliyyətini bərpa etdi

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti bu gündən bərpa edilib. İstixeber.com xəbər verir ki, bu gün saat 06:00-dan etibarən Bakı metrosu sərnişinləri qəbul etməyə başlayıb. Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, […]

Ətraflı oxu

Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini həyata keçirməyə başlayıb

Qarabağın “Bağçada güllər” xalçasının hekayəsi İstixeber.com xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi artıq bir müddətdir ki, “Xalça hekayələri” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanır. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin çağırışına qoşulan şəxslər evlərində, kolleksiyalarında olan sevimli xalçalarının tarixçəsini, onlarla bağlı […]

Ətraflı oxu