SON DƏQİQƏ! Prezident naziri işdən çıxardı – RƏSMİ

Prezident İham Əliyev Ə.M.Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. İstixeber.com xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin. İstixeber.com

Ətraflı oxu

Hava şəraiti kəskin dəyişəcək – LEYSAN YAĞACAQ

Mayın 23-ü gündüzdən 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, 23-ü axşam və 24-nə keçən gecə yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. ETSN-dan İstixeber.com-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 23-ü gündüzdən 25-dək havanın […]

Ətraflı oxu

İcra Hakimiyyətinin binasında dəhşətli anlar: Başı ilə şüşəni sındırıb özünü binadan atdı – VİDEO

Goranboyda örüş torpaqlarını zəbt edən şəxslər barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən  İstixeber.com-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb. […]

Ətraflı oxu

Azərbaycanın bu kəndlərində qızlar SÜNNƏT EDİLİR – ŞOK ADƏT

Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstixeber.com xəbər verir ki, ictimai fəal, deputatlığa keçmiş namizəd Nurlana Cəlil ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması məsələsinə diqqət çəkib. Qeyd edib ki, Zaqatalanın Danaçı, Car […]

Ətraflı oxu

Millət vəkili Rəşad Mahmudov seçiciləri adından dövlət başçısına təşəkkür etdi – VİDEO

Astara rayonunun 3 yaşayış məntəqəsində – Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə Cənab Prezident İlham Əliyev müvafiq sərəncam imzalamışdır. İstixeber.com xəbər verir ki, bu barədə məhşur kardiocərrah, millət vəkili Rəşad Mahmudov öz facebook səhifəsində paylaşım edib. “Bu gün adıçəkilən ucqar dağ kəndlərində işlər tam yekunlaşdırılıb. Dövlətimizin qüdrəti, […]

Ətraflı oxu