GÜRCÜSTANA YARIŞA GEDƏN İDMANÇIMIZ FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

İdman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az əvvəl maşın vurub.

İstixəbər.info Modern.az-a istinadən xəbər verir ki, idmançımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib.  Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyəti qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

İstixəbər.info İnformasiya Portalı

Bir cevap yazın