Daşkəsəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb – FOTO

Gündəm Hadisə Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ƏMƏLİYYAT UĞURLA NƏTİCƏLƏNDİ

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şərur rayon sakini Yaşar Şəfiyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 385 qram olan sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Daşkəsən RPŞ-də araşdırma aparılır.

İstixəbər.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.