“YUXULARIM” – ƏMRAH FƏQANOĞLU

Həyat hekayəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ƏMRAH FƏQANOĞLU

YUXULARIM

Mən əl çəkdim məhəbbətdən,
sevgidən üzdüm ümidimi.
Amma bilmirəm sənin qəlbindəki adi hiss,
yoxsa sevgiydimi?
Adi hiss idisə, de, ürəyimlə
oynamaq nəyinə lazım idi?
Əgər sevgiydisə bu,
Sevginin olmurmu vəfası,
sədaqəti?!
Eh! Nə deyim sənə, sevmirsən,
sevmə!
Nə də baxma bir daha gözlərimə!
Və amandır gecələr girmə yuxularıma…
Birdən vəfalı bilib əllərindən
tutaram,
ürəyimə vurduğun yaranı yaddaşımdan silər,
unudaram…
Yox! Onsuz da yuxuda səni qınamaq
yada düşmür. ,
nə də əllərimiz görüşmür…

İstixeber.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.