Azərbaycanda 3 məhşur sayt fəaliyyətini dayandırdı – MƏHKƏMƏ QƏRARI

Gündəm Texnologiya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycanda məhkəmə qərarı ilə anews.az, publika.az və aznews.az saytları bağlanıb.

İstixeber.info xəbər verir ki,  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə sözügedən saytların rəhbərlərinin İnternet informasiya ehtiyatlarına müraciətlərinin dərhal məhdudlaşdırılması haqqında qərar qəbul edilib.

Qərarda deyilir ki, “ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maraqlı şəxs www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında mülki işə baxaraq qət etdi:

www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciət dərhal məhdudlaşdırılsın.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər./bakuws

İstixeber.info