“WhatsApp” artıq bu telefonlarda işləməyəcək

Texnologiya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Milyonlarla istifadəçisi olan “WhatsApp” artıq bəzi telefonlarda işləməyəcək.

İstixeber.info Unikal.org-a istinadən xəbər verir ki, 1 fevral 2020 tarixindən etibarən “WhatsApp” Android 2.3.7 və İOS 8 əməliyyat sistemlərində və onlardan əvvəlki versiyalarda istifadə edilə bilməyəcək.

Həmçinin 31 dekabr tarixindən etibarən məşhur mesajlaşma proqramının bütün “Windows” əməliyyat sistemi ilə çalışan telefonlarda istifadəsi dayandırılacaq.

İstixeber.info