Xudatın iki problemi həllini tapdı.Foto,video

Araşdırma Bölgə Mədəniyyət Musahibə Şikayət Sosial
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Xudat şəhərində iki problem həllini tapdı.

İstixeber.info.az xəbər verir ki,bir müddət bundan öncə Xudat şəhərindəki çəkdiyimiz iki problem artıq bu gün həllini tapıb.Çəkiliş qrupumuz bu gün Xudat şəhərində həllini tapan məsələləri lentə alıb.Beləki,Xudat şəhərinin mərkəzi küçəsindəki işiq dirəklərindəki bütün işiqlar qoşulub. Bu da günün axşam saatlarında piyadaların,nəqliyyat vasitələrinin işini xeyli asantlaşdırıb.Nəzərə alsaqki,Xudat şəhərində sahibsiz itlər çoxluq təşkil edir,bu da qaranlıq vaxtı sakinlərə çətinliklər yaradırdı.
Digər həllini tapan problem isə Xudatda yol kənarlarında zibil yeşiklərinin olmaması idi. Xudatın mərkəzi küçələri gecə vaxtı sözün həqiqi mənasında ürək ağrıdan mənzərəni xatırladırdı.. Yol kənarı marketlər, restoranlar, kafelər və s. zibil tullantılarını məcburiyyətdən yol kənarına tullamalı olurdular. Buna əsas səbəb isə zibili yığmaq üçün zibil qutularının olmaması idi. Artıq bu gün bu məsələ qisməndə olsa həllini tapdı.Xudatın bir çox yerlərində yeni gətirilmiş zibil yeşikləri düzülüb.Və sakinlər zibillərini bu qutulara,yeşiklərə atırlar.

Bu işdə əməyi keçən və söz verib əməl edən Xaçmaz rayon İH-nin Xudat İƏV-nin nümayəndəsi Akif Mərdanova ,Xaçmaz rayon İH-nin Xudat şəhəri üzrə MKT-və Yaşıllaşdırama idarəsinin rəisi Mikayıl Müslümova,Azərişiq ASC Xaçmaz-Xudat şəhərindəki rəhbərliyinə saytımız və sakinlər adından təşəkkür edirik.
Sonda ulu öndər Heydər Əliyevin bir cümləsi ilə yekunlaşdırmaq istəyirik:Yerlərdə,”Məmurlar hər zaman xalqın qulluqçusu,xidmətçisi olmalıdır”.

 

İstixeber.info.az Xudat 26.12.2019
Rəşad Orucoğlu Ağaşirinov