Yevlax məktəbində direktorun diplomu saxta çıxdı – FOTO+VİDEO

Araşdırma Təhsil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Özünü müəllimlərin müəllimi sanan, guya Yevlaxda “1 nömrəli məktəb direktoru” olan Xalidə Əzizovanın pedaqoji sahədən xəbəri belə yoxdur. İş-gücü saxta sənədlərlə özünü tərifləmək, bir sözlə özünü gözə soxmaqdır.

Bu barədə etibarlı mənbədən İstixeber.info-ya məlumat verilib. Mənbənin verdiyi məlumata görə, ötən ilin oktyabr ayında Xalidə Əzizovanın direktoru olduğu Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb. Yoxlama nəticəsində maraqlı məqamlar ortaya çıxıb.

Mənbə qeyd edir ki, sən demə Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb. Bundan sonra Xalidə Əzizova həmin faktla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib. Dəvətdən qayıdan “mötəbər qonaq” vəzifəsinin icrasına indiyə qədər davam edir. Bu məlumatı rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin bilməsinə baxmayaraq, X.Əzizovaya “gözün üstündə qaşın var” deyən yoxdur. Mənbə bildirir ki, X.Əzizova Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin kadrı olduğu üçün o, bu vəzifədə saxlanılıb. Bunu Yevlaxda bilməyən yoxdur.

Məsələ ilə bağlı Yevlax rayon Təhsil Şöbəsinin müdiri Xaləddin Niftəliyevlə əlaqə saxladıq. Xaləddin müəllim bildirdi ki, hadisədən məlumatım var. Sadəcə olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən rəsmi olaraq bizə məlumat gəlməlidir ki, biz direktoru vəzifəsindən azad edək.

Müəllimin qarşısında duran ən mühüm vəzifələrdən biri gənc nəslə təlim-tərbiyə, vətənpərvərlik hissi aşılanmasıdır. 1000-ə yaxın şagirdi olan məktəb direktorunun təməli yalan, saxtakarlıq üzərində qurulubsa, şagirdlərə hansı hissi aşılayacaq? – Yalan, saxtakarlıq, rüşvətxorluq?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

X.Əzizovanın digər qanunsuz əməlləri barəsində növbəti yazılarımızda məlumat verəcəyik.

Bizi izləməyi unutmayın…

İstixeber.info Yevlax