Yevlax sakinləri etiraz edir: “Bizə belə deputat lazım deyil” – FOTO+VİDEO

Azərbaycan Şikayət Video
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

48 saylı Yevlax Seçki Dairəsindən deputatlığa namizəd Qaraşov Ruhin Sevindik oğlunun Yevlax rayon Qoyunbinəsi kəndinin sakinləri ilə görüşündə maraqlı anlar yaşanıb.

İstixeber.info-nun məlumatına görə, deputatlığa namizədin görüşünə gələn bir qrup kənd sakinləri keçmiş millət vəkili və hal-hazırda millət vəkilliyinə yenidən namizədliyini irəli sürmüş İlham Kazımovun ünvanına müxtəlif ifadələr səsləndiriblər.

Kənd sakinləri qeyd ediblər ki, 15 illik deputat bir dəfə də olsun kənd sakinləri ilə maraqlanmayıb, onların dərdinə əlac olmayıb.

Kənd sakini Asif

Asif adlı kənd sakini çıxışında bildirib ki, rayonumuzun deputatı ola-ola Qənirə Paşayevaya 20-30 məktub ünvanlamışam. 3-dəfə seçmişik 4-cü dəfə niyə seçməliyik?

Həmin görüşdən kadrları sizlərə təqdim edirik:

İstixeber.info Yevlax