Millət vəkilliyinə namizəd prezident İlham Əliyevə müraciət etdi: ” Sizin siyasətinizə yerlərdə niyə kölgə salırlar?”

Şikayət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Millət vəkilliyinə namizəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

İstixeber.info həmin müraciəti olduğu kimi sizlərə təqdim edir:

Cənab prezident!
Biz gənclər sizin demokratiya uğrunda apardığınız mübarizəyə inanaraq bu yola çıxdıq. Dəfələrlə efirlərdən, böyük konfranslardan etdiyiniz çağırışlarda gənclərə necə önəm verdiyinizi gördük. Hamını ədalətli və şəffaf seçkilərə çağırdınız. Biz də bu çağırışa inanıb deputatlığa namizədliyimizi verdik. Lakin hər addımda rayon və kənd icra strukturlarının bürokratik əngəllərinə rast gəldik. Bu insanlar sizin çağırışlarınıza ya barmağarası baxırlar, ya da köhnə deputatların tapşırıqlarını yerinə yetirirlər. Halbuki bu ölkənin dövlət başçısı sizsiniz. Bu insanlar nədən belə narahatdırlar, sizin siyasətinizə yerlərdə niyə kölgə salırlar, bizi başa düşdük, bu insanların dövlətin nüfuzuna, sizin demokratik seçkilərə göstərişinizə niyə bu qədər uğursuz yanaşırlar. Bu insanlara bu tapşırıqları verənlər dövlətimizi nüfuzdan salmağa, sizin siyasətinizi gözdən salmağa çalışan sapı özümüzdən olan baltalar ola bilər, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa çalışan bu adamların əsl qayəsi nədir, görəsən!?

Cənab prezident, sizdən bir gənc kimi istəyim Cəlilabad rayonunda baş verən bu ədalətsizliyi, bu qanunsuzluğu nəzarətə götürməyinizdir. Bir müəllim kimi mənim də bu seçki prosesinə köməyim olsun istədim, insanlarda yerlərdəki bu adamların qanunsuzluqları nəticəsində yaranmış ümidsizliyi aradan qaldırmaq istədim. İndi bizim rayonda 90 faiz insanlar bu fikirdədir ki, seçilən seçilib artıq. Bu nə deməkdir, insanlarda bu ümidsizliyi yaradanlar sizə xidmət edə bilməzlər, bəs onda kimlərə xidmət edirlər. Əvvəlcə mənə dəfələrlə təzyiqlər oldu ki, namizədliyimi geri götürüm, sonra qohumları işdən azad edəcəkləri ilə hədələdilər. Əlbəttə o insanları da qınamıram, məni təkzib edə bilərlər, lakin ətrafımda olan sadiq insanlara etdikləri təklifləri, maneələri həmin insanlar da lazım olarsa deyə bilərlər.

Kəndlərdə görüş keçirəcəyimizi bilən bu adamlar insanların bizimlə görüşəmisinin qarşısını alırlar, qorxuzurlar, insanlar da bir tikə çörəkpuluna görə görüşümüzə gəlməkdən çəkinirlər.

Cənab prezident, seçki məcəlləsində bütün namizədlərin hüquqları bərabərdirsə, eyni şərait yaradılmalıdırsa, bunu bizim üçün niyə etmirlər?

Bütün namizədlərə bərabər şərait yaradılmalı olduğu halda niyə Elman Nəsirova şadlıq sarayları bağlatdırılır, məktəblərin fəaliyyəti pozulur, müəllimlər və digər işçilər ora icbari şəkildə gətirilir. Buna cavab tapmaq istəyirəm.

Hörmətlə: 68 saylı seçki dairəsindən namizəd Bünyatov Mirbağır Fəyaz oğlu

İstixeber.info