Türkiyədə növbəti güclü zəlzələ baş verdi

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Türkiyənin Elazığ bölgəsində 4,5 bal gücündə daha bir zəlzələ baş verib.

İstixeber.info Haberler-ə istinadla xəbər verir ki, bu gün yerli saatla 03:32 radələrində Elazığda 4,5 bal gücündə zəlzələ baş verib. Bundan yarım saat sonra eyni yerdə 4,2 bal gücündə daha bir zəlzələ olub. Təbii fəlakət nəticəsində ölü və yaralıların olmadığı bilirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Elazığda 6,8 bal gücündə zəlzələ nəticəsində 39 nəfər dünyasını dəyişmişdi. Təbii fəlakət nəticəsində həmçinin 30 bina uçmuş, 100-ə yaxın tikiliyə isə zərər dəymişdi.

İstixeber.info