SON DƏQİQƏ: İçərişəhərdə GÜCLÜ PARTLAYIŞ – Xəsarət alanlar var

Hadisə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün saat 17:10 radələrində Səbail rayonu ərazisində – İçərişəhərdə, İlyas Əfəndiyev küçəsində güclü partlayış baş verib.

İstixeber.info xəbər verir ki, İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzildə qaz sızmasından güclü partlayış qeydə alınıb. Nəticədə, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə qüvvələri və polislər cəlb edilib.

Əlavə məlumat veriləcək./publika.az

İstixeber.info