Alimlərdən qadınlara XƏBƏRDARLIQ – İntim münasibətdən sonra qanama varsa…

Sağlamlıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Son zamanlar gənc xanımlar cinsi münasibətdən sonra vaginal qanama şikayətləri ilə ginekoloqlara çox suallar ünvanlayır.

İstixeber.info xəbər verir ki, mütəxəssislər bu simptoma biganə yanaşmamağı tələb edir. Hətta cüzi qanama ağrılı olmasa belə mütləq həkimə getməlisiz.

Çox gənc qadınlarda bu halın səbəbi çervikal iltihab olur. Uşaqlıq yolu ilə uşaqlığın birləşdiyi toxuma bakterial və virus infeksiyası nəticəsində iltihablaşır. Qonoreya, xlamidioz, herpes kimi cinsi yollarla keçən infeksiyalar da kəskin iltihab yaradaraq, qanamaya səbəb olur.

Eləcə də poliplər qanama verir. Vaginal təzyiq nəticəsində polip qanayır.

Vaginal yolun selikli qişasının cızılması, zədələnməsi də sonradan əlaqə zamanı qanamaya səbəb olur.

Bunun çıxış yolu bir müddət vaginaya müdaxilənin qarşısını almaqdır. 1-2 ay selikli qişa sağalana kimi istənilən müdaxilədən çəkinin.

Əgər heç vaxt qanama olmayıbsa, ilk dəfə görülürsə, qadın hamiləlik testi etsin. Hamiləliyin ilk günlərində də qanama ola bilər.

Ən ciddi siqnal isə 37-45 yaş arası qadınlarda ola bilər. Əgər cinsi əlaqədən sonra tez-tez qanama olursa, bu uşaqlıq boynu şişinin siqnalı ola bilər. O zaman PAP test etmək lazımdır./Medicina.az

İstixeber.info