06/08/2020

İnformasiya Portalı

Bəxtiyar Vahabzadənin vəfatından on bir il ötür

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün sevimli xalq şairimiz, şeirləri ilə ürəklərə yol tapan, qəlbləri riqqətə gətirən dahi söz ustadımız Bəxtiyar Vahabzadənin vəfatından on bir il ötür.

Düşünən və düşündürən şairimiz! Yoxluğunuz ədəbiyyatımızda böyük bir boşluq kimi hələ də hiss olunmaqdadır…

Allah sizə qəni-qəni rəhmət eləsin!

“HƏYAT SƏN NƏ ŞİRİNSƏN?!”

Səndən doymaq olarmı? Həyat sən nə şirinsən?!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!…
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü?!
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat sən nə şirinsən?!
Kim səndən doydu getdi?!
Gedənlər bu dünyada qəlbini qoydu getdi.
Dünən qoca bir qarı,
Dilində ahu-zarı
“Bu dünyanın əlindən gəlmişəm zara”-dedi,
“Ölmürəm ki, bir dəfə canım qurtara “-dedi.
Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr inanmıram mən!
O yana – yana dedi,
Dili söylədisə də,
Ürəyində o dərhal,
” Lənət şeytana “-dedi.
Həyat sevincin qədər, əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.
İki yüz il yaşadı ləzzət içində Loğman,
Yenə möhlət istədi, ölərkən Allahından.
Yatırdı göy çəməndə, çatdı ona Əzrail.
Söylədi-İki yüz il ömür sənə bəs deyil?!
Mən canını almağa gəlmişəm nə sözün var?
Loğman dedi:Sözüm yox, aldığımı gəl, apar
Ancaq mənə macal ver bircə anlıq əcəldən,
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı…
Ayağa qalxdı Loğman
Yeridi…
Daş asıldı ancaq ayaqlarından, Asta – asta yeriyib, çatdı dediyi yerə.
Loğman baxdı yerlərə, Loğman baxdı göylərə,
Bu son baxışı ilə üstündən iki yüz il,
Yaşadığı cihanla vidalaşdı elə bil,
Özü vidalaşsa da, gözü qaldı cahanda,
O düşündü bu anda…
“Nə görmüşəm dünyada bu cahana gələndən?
Ahhh elə bilirəm ki, dünən doğulmuşam mən,
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada? ”
Loğmanın gözü bu an bir gülə dəydi, durdu,
Ürəyini quş kimi gülə doğru uçurdu.
” Ahhh onu kim üzəcək? – bircə bunu biləydim, – dedi,
O gülü də iyləyib sonra öləydim “-dedi.
Ancaq, ancaq nə fayda… Yetişmiş artıq əcəl!
Loğman dedi :” Hazıram, al canımı, indi gəl. ”
Əzrail dedi:” Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi, o çəmən ya bu çəmən?
Neçin məni qoymadın orda alım canını?! ”
Loğman dedi-” Həyatın şirin olur hər anı,
Ordan bura gəlincə bir az ömür qazandım,
Onu da bu dünyada özümə fayda sandım.”
Qoca öldü…
Dedilər :”Yaranan bir gün ölər ”
Nəvələri çəməndən həmin gülü üzdülər,
Loğmanın qəbri üstə qoydular, Titrədi gül,
Gülün ətriylə doldu bütün çayır, bütün çöl,
O ətriylə saxladı, yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı Loğman.
Həyat sən nə şirinsən?!
Kim səndən doydu getdi?!
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı?! Çoxun, azın da şirin.
Həyat qışın da şirin, həyat yazın da şirin.
Cürbəcür yazılar var, ömrün varaqlarında,
Həyatımın qayğısız, fərəhli çağlarında,
Qədrini bilməmişəm.
“Hələ nə varki… Ömrüm qabaqdadır” demişəm
Otuzdan adlayınca gündə otuz min kərə,
Başımı yelləyirəm hədər keçən illərə.
Səndən doymaq olarmı?!
Həyat sən nə şirinsən?!
Ancaq hamının deyil,
Sən həyatın qədrini,
Yalnız bilənlərinsən!…

İstixeber.info

escort mersin | mersin escortları