SON DƏQİQƏ! YPX avtomobili qəzaya uğradı – VİDEO

Gündəm Hadisə Video
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yol Patrul Xidmətinin xidməti avtomobili qəzaya uğrayıb.

İstixeber.info xəbər verir ki, bu gün axşam saatlarında  Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə ,yol kənarında təmirə ehtiyacı olan dövlət nömrə nişanı  10 ZE 170 olan TIR markalı yük avtomobili kömək üçün 102 xidmətinə zəng edərək,YPX -ti əməkdaşlarının əraziyə yaxınlaşmasını xahiş edib. Bu zaman müraciət əsasında vətəndaşın köməyinə gələn YPX -nin əməkdaşları idarə etdikləri Merseders markalı, dövlət nömrə nişanı 99 YP 754  olan xidməti avtomobillərini  yolda qalan TIR-ın arxa hissəsində xəbərdar edici işiqlarını yandıraraq dayanıblar  . Yolda qalan sürücüyə yardım üçün gələn YPX- əməkdaşlarının olduğu NV-ni yolun hərəkət istiqamətində üzü Qubaya hərəkətdə olan  dövlət nömrə nişanı 10 GX 464 ,MERSEDES E-klass markalı NV-ti YPX-nin əməkdaşlarının xidməti avtomobilini arxadan vurub. Qəzaya səbəb olan Merseders yoldan çıxaraq dərəyə doğru hərəkət edib və təhlükəsiz hala gəlib. Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info Siyəzən 16.02.2020

Rəşad Ağaşirinov