Xudat şəhər Futbol Komandası Region Ligasında növbəti qələbəsini qazandı – FOTO+VİDEO

Bölgə İdman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün ölkə çempionatının Region Ligasının növbəti oyunları keçirilib.

İstixeber.info xəbər verir ki, oyunlar çərçivəsində paytaxt komandaları da olmaq şərti ilə şimal regionunun komandaları üçündə növbəti oyunları baş tutub. Xudat FK-nın qonağı olan Bakının Qardaşlar FK-u 3-0 hesabı ilə məğlub olublar. Oyunun birinci hissəsi heç-heçə başa çatsa da, ikinci hissədə Xudat FK-sı qonaq komandanın qapısından üç cavabsız top keçirə bilib. Oyun Qusarın Şirvanofka kənd stadionunda baş tutub.

Xudat FK-nın baş məşqçisi Samir Cəlilov: Oyun çətin və maraqlı alındı. Qardaşlar komandasında güclü oyunçular çoxdu. Nəzərə alsaq ki, komandamız keçən səfərdə bu komandaya məğlub olmuşdu amma buna baxmayaraq komandamız günü-gündən güclənir və növbəti qələbələr barədə düşünür. Hər iki komandaya və Region Ligasındaki digər Futbol klublarına da növbəti oyunlarda uğurlar arzu edirəm..

Region Ligasının bütün oyunlarını AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edir.

İstixeber.info Qusar
Rəşad Ağaşirinov