Pensiyaların nə qədər artacağı bilindi – SON RƏQƏMLƏR – RƏSMİ MƏLUMAT

Sosial
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 634,8 manat olub.

İstixeber.info açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 16,6% artıb.
Məlumat üçün bildirək ki, pensiyaların nə qədər artacağı orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur. Bu isə o deməkdir ki, bu il üçün  pensiyalar da 16,6% hədində artırılacaq. Yəni, 200 manat pensiyada artım 33,2 manat, 300 manat pensiyada artım 49,8 manat olacaq.
Onu da qeyd edək ki, 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artığı üçün 2018-ci ilin əvvəlində pensiyalar 5,7%, 2018-ci il ərzində isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilə nisbətən 3% artığı üçün 2019-cu ilin əvvəlində pensiyalar 3% artırılıb.\yeniavaz.com

İstixeber.info