Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

İqtisadiyyat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC-nin iki filialı bağlanıb.

İstixeber.info-nun məlumatına görə, bankın “Premium” və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. “Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Qeyd edək ki, yaxın günlərdə daha dörd filialın da bağlanacağı bildirilib. Artıq bankın filiallarının bağlanması əmanətçiləri də təşvişə salıb.

Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bankdan iki filialın bağlanması xəbəri təsdiq edilib. /Unikal

İstixeber.info