Yevlax rayonunda 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir – FOTO

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
Fevralın 20-də “Yevlax rayonunun sosial-iqtisadi inkişafının 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Yevlax Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
İstixeber.info xəbər verir ki, tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının qarşısında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında davam etmişdir. Rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində respublikanın aparıcı rayonlarından olan Yevlax rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA təşkilatı tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulmuşdur. Bununla əlaqədar şəhərdəki Heydər Əliyev prospekti 10 ünvanındakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.
Təşkilatının köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsasl təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılmışdır.
Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilmişdir ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaqdır.
Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın paytaxt Bakı və digər böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədi ilə mövcud istirahət parkları yenidən qurularaq təmir ediləcəkdir. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişlənərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdə Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası, işıq dirəklərinin qoyulması nəzərdə tutulur.
Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.
Bu il 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcəkdir.
Kənd təsərrüfatı rayonu olan Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Aran qəsəbəsində Şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılmışdır. Bu obyektlərin işə düşməsi aqrar məhsulların istehsalının daha da artmasına təkan olmaqla eyni zamanda rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələlərinin həllində də böyük kömək olacaqdır.
Yayı isti və quraq keçən Yevlaxda yaşıllıqların artırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq şəhər ərazisindən keçən magistral avtomobil yollarının və yaşayış binalarının həyətlərində yaşıllıqların artırılması, küçə və meydanlarda çəmənliklərin, güllüklərin salınması nəzərdə tutulub. Artıq payız aylarından bu işlərə başlanılıb və il ərzində onlar davam etdiriləcəkdir.

2019-cu ildə Cənab Prezident tərəfindən 3 nəfər:

1.Fermer Hüseynov İsrayıl İsa oğlu Azərbaycan Respublikasında “Kənd təsərrüfatının inkişafında xidmətinə” görə 2-ci dərəcəli “Əmək” ordeni ilə,

​2.Şəhər İcra Hakimiyyəti Başçısının I müavini Qaraşov Qənimət ​ Səfər oğlu “Dövlət qulluğunda səmərəli fəaliyyətinə” görə “Tərəqqi” medalı ilə,

3. Şəhər 5 saylı tam orta məktəbin müəllimi Kərimxanova Telli Telman qızı isə “Azərbaycan təhsilinin inkişafında xidmətinə görə”​ “Tərəqqi” medalı ilə təltif edilmişlər.

2019-cu il ərzində idmançılarımızdan

1.Sultanova Birgül

2.Musazadə Fəqan iştirak etdikləri müxtəlif böyük miqyaslı idman yarışlarda qələbə qazanmışlar.

Hesabat yığıncaqda   çıxış edənlər  rayonda görülmüş işləri müzakirə edərək qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.
Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Yevlaxlıların quruculuq əzmi ifadə olundu.

Məruzə ətrafında çıxışlardan sonra açıq mikrafon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənildi, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxış edib.

2019-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan İsrayıl Hüseynova 2-ci dərəcəli “Əmək” ordeni təqdim edilib. “Tərəqqi” medalı ilə təltif edilmiş Qənimət Qaraşova və Telli Kərimxanovaya, eləcə də idman yarışlarında qələbə qazanmış gənclərə hədiyyələr verilib.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olundu, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

İstixeber.info Yevlax