Astarada güclü yanğın – XƏSARƏT ALAN VAR

Hadisə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün Astara rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən İstixeber.info-ya verilən xəbərə görə, Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstixeber.info