MSK bu məntəqələrin nəticəsi LƏĞV ETDİ

Gündəm Siyasət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

İstixeber.info xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

İclasda 91 saylı Ucar Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məmmədov Əbil Abbas oğlu tərəfindən ünvanlanan müraciətə baxılıb.

Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçinin müraciəti araşdırılan zaman həmin dairənin 18 və 38-ci məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular var.

A.Muxtarova təklif edib ki, bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

İstixeber.info