Azərbaycanın nəşi tapılan hərbçisi ilə vida mərasimi keçirilib – FOTO

Hərbi xəbərlər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən nəşi tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb. 

İstixeber.info xəbər verir ki, onu nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.
A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.



İstixeber.info