Tayson kürəkəni olacaq şəxsə 10 milyon verəcək?

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qərb mətbuatında əfsanəvi boksçu Mayk Taysonun 136 kiloqram çəkidə olan böyük qızı Miki Lorna ilə ailə quracaq kişiyə 10 milyon dollar ödəyəcəyi haqda xəbərlər yayılıb.

İstixeber.info xəbər verir ki, komediyaçı Maykl Blekson sosial şəbəkədə bəxtini sınamaq qərarına gələrək “Dəmir” Taysona onun qızı ilə ailə qurmağa hazır olduğunu deyib və onu qaynata da adlandırıb.

Keçmiş boksçu isə cavab olaraq yayılan məlumatların həqiqətə uyğun olamdığını bildirərək, öz dilində danışmağa üstünlük verib:

“Bunlar hamısı uydurmalardır. Bu yalan şayiələri yayanları tapıb hamısını nokaut edəcəm. Qızım gözəl insanla qurduğu yeni münasibətində xoşbəxtdir. Yəni ki, sən onu maraqlandırmırsan”./axşam.az