Azərbaycanlı futbolçu “Qalatasaray”a keçdi – FOTO

İdman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Gürcüstanın Marneuli rayonunun “Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin “Qalatasaray” klubunun 18 yaşlılardan ibarət komandasına dəvət alıb.

İstixeber.info  xəbər verir ki, bu barədə “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, İ.Əhmədov həmin komandada yoxlamadan keçib və ona klubun vəsiqəsi verilib.Ə.İsmayılov bildirib ki, gənc futbolçunun uğurunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) xüsusi rolu olub.

O, GAİM-ə yaratdığı şəraitə görə təşəkkür edib.(“Report”)

İstixeber.info