16/07/2020

İnformasiya Portalı

Cəlilabadda məmurlar at oynadırlar – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İdarə və Təşkilatlarda vətəndaşlara qarşı amansız hərəkətlər edən məmurların sayı-hesabı yoxdur. Bu məmurlar açıq-aşkar bəyan edirlər ki, onlar heç kimdən qorxmurlar və Qanun da onlara aiddir. Gedin kimə deyirsiniz deyin! – bu onların son sözləridir.

İstixeber.info-nun məlumatına görə, belə qoçu məmurlardan biri də Yaşar Vəliyevdir.

Yaşar Vəliyev

O, Cəlilabad RİH-də yüksək vəzifədə işləyir. Cəlilabadda onun barəsində xoşagəlməz məlumatlar yayılanda, biz də inanmadıq. “Yaşar belə qanunsuz işlər görməz. O yaxşı insandır. Neçə illərdir ki, RİH-də işləyir. Onun barəsində hamı yaxşı fikirlər söyləyir. 20 ildən çoxdur ki, yaşayış binasında böyük ailəsi ilə yaşayır.” Vətəndaşların yazılı müraciətindən sonra Yaşar Vəliyevlə də görüşdük. Bizimlə söhbətində Yaşar müəllim bütün bu söhbətlərin iftira olduğunu dedi. “Bu ərazidə torpaq sahəsini mən rəsmi qaydada islahat zamanı almışam. Bu torpaq sahəsinə yaxın yerdə Dərənin dibində,çay qırağında kolluqdakı yer Babayevlərə verilib. Mən heç kimin torpağını zəbt etməmişəm” Yaşar Vəliyev bu sözləri desə də , həmin ərazinin ona mənsub olması barədə heç bir sənəd təqdim etmədi. Babayev Əli İbrahim oğlunun ərizəsinə əsasən biz arxivlərə müraciət etdik. Araşdırma apardıq və sübut olundu ki, Yaşar Vəliyevin zəbt etdiyi torpaq sahəsinin hər ikisi Babayevlərə məxsusdur. Ancaq nədənsə onların adları Rayonun torpaq Xəritəsindən silinmişdir. Bu haqsızlıq deyilmi ? Buyurun onun saxtakarlıqla vətəndaşların mülklərini zorla əllərindən alınması barədə araşdırma ilə yaxından tanış olun : Cəlilabad şəhəri H.Aslanov küçəsində, 31 saylı evdə yaşayan Babayev Əli İbrahim oğluna və onun bacisi Babayevə Xatirə İbrahim qızına məxsus həyətyanı torpaq sahəsi rəsmi qaydada təhkim olunmuşdur. “Baki” sovxozunun idarə heyyətinin tərtib etdiyi protokolla həmin ərazinin plan-lahiyə xəritəsindən çıxarış və sovxoz direktorunun imzası ilə əmr-sərəncam verilmişdir.Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 30 aprel 1996-cı il tarixli 40 nömrəli sərəncamına əsasən,”Bakı” sovxozunun direktorunun 23 iyun 1997-ci il tarixli 18 saylı əmri ilə,Babayevlərin hər ikisinə bir yerdə yan-yana 0,06 ha torpaq sahəsi ayrılıb verilmişdir. Respublikada gedən Torpaq İslahatı zamanı Babayevlərə ayrılıb verilmiş bu həyətyanı sahələr Cəlilabad şəhərinin xəritəsində – Baş planında qeydiyyata alınmışdır. Bunun təsdiqi üşün Cəlilabad Rayonu Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu ildə 03 saylı qərarla (sərəncam) onlara Torpağın Mülkiyyətə verilməsinə dair arayış verilmişdir. Babayevlər həmin tarixdən bu günə kimi mütəmadi olaraq,onlara məxsus həyətyanı torpaq sahələrinin vergisini də ödəmişlər və əllərində ödəniş sənədi var.Torpaq sahələrinin aktlaşdırılması üçün Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Cəlilabad Şöbəsinə təqdim olunmuşdur. Bu sənədlər Cəlilabad Toraq Şöbəsinin ləğvindən sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilir. Həmin xidmətin Cəlilabad Ərazi İdarəsində rəhbər işləyən Yaşar Adışirin oğlu Vəliyevin kabinetində Babayevlərə məxsus sənədlər qeybə çıxır və onlara ayrılmış torpaq sahələri “sürüşməyə” məruz qalır. Babayevlərin adları Rayonun Torpaq Xəritəsindən silinir və həmin ərazi Yaşar Vəliyevin mülkiyyətinə çevrilir. Tez bir zamanda Yaşar Vəliyev öz idarəsinin mütəxəssislərini bu işə cəlb edərək,Şəhər Bələdiyyəsinin 29 noyabr 2015-ci ildə tərtib olunmuş 10 saylı protokolu və müqaviləsi əsasında bu ərazini öz adına və həyat yoldaşının adına yazdırır. Tutduğu vəzifədən suiistifadə edərək torpaq sahəsinin birini öz adına və digərini isə həyat yoldaşı Vəliyeva Səfalət Əbil qızının adına kupça yazdırır. Həmin kupçalar Yaşar Vəliyevin öz imzası və möhürü ilə təsdiqlənir. Şəxsi mülkiyyətində olan və daimi həyətyanı torpaq sahəsinin vergisini mütəmadi olaraq ödəyən Babayevlər öz sənədlərini bərpa edib,kupça almaq üçün Reyestr Xidmətinə müraciət etmişlər. Bu günə qədər adı çəkilən İdarənin mütəxəssisləri onların ərizələrinə heç bir cavab yazmırlar. Yaşar Vəliyev isə zəbt etdiyi torpaq sahəsini qaytarmaqdan boyun qaçırır. Azərbaycanın Qanunlarını belə tanımaq fikrində deyil və bəyan edir ki, heç kimdən qorxmur. Höküməti, o cümlədən RİH Başçısını vecinə almır. Kimə arxalanır? Kimdir onun “dayısı” bilmirəm. Araşdırmalar zamanı məlum oldu ki, Yaşar Vəliyevin adına digər torpaq ahələri də mövcüddur. Baxın görün Cəlilabadda məmurlar vətəndaşların mülklərini necə mənimsəyirlər. mənim sizə verdiyim məlumata əlavəniz varsa buyurun yazın.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

İstixeber.info

escort mersin | mersin escortları