“Iran Air” Avropaya uçuşları dayandırdı

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İranın “Iran Air” aviakompaniyası koronavirusun yayılması fonunda Avropaya uçuşları dayandırıb. 

İstixeber.info xəbər verir ki, bu barədə kompaniyanın rəsmi saytında məlumat verilib.

“Aviakompaniyanın Avropa istiqamətinə olan bütün reysləri gələcək bildirişədək müvəqqəti dayandırılıb”, – məlumatda deyilir.

Bildirilib ki, reyslər Avropanın “bəlli olmayan səbəblər”ə görə tətbiq etdiyi məhdudiyyətlərə görə ləğv edilib.

Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb.

İstixeber.info