Bəyi belə “oğurladılar” – Azərbaycanda toyda koronavirus zarafatı – VİDEO

Cəmiyyət Maraqlı Video
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda baş tutan toylardan birində “bəyin oğurlanması” ənənəsi, dünya gündəmini zəbt edən koronavirusla əlaqələndirilib.

İstixeber.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, bəyi şadlıq sarayından “oğurlayan” şəxslərin, son günlər koronavirusa görə tez-tez rastlaşdığımız xüsusi tibbi geyimdən istifadə etdiyi müşahidə olunur. Kadrlarda məclis iştitakçılarının bu vəziyyətə sadəcə olaraq gülməsi isə, işin zarafatdan ibarət olduğunu göstərir.

Qeyd edək ki, dünyada 100-dən çox ölkədə yayılmış koronavirusa görə karantinə alınmış bölgələrdə və xəstəxanalrada, tibb işçiləri və dezinfeksiya ilə məşğul olanlar, viruslara qarşı xüsusi geyimdən istifadə edirlər./yeniavaz.com

Sözügedən kadrları təqdim edirik:

İstixeber.info