Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR – Əvvəllər bu cür müğənnilər efirə buraxılmırdılar

Şou biznes
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əməkdar artist, bəstəkar Elza Seyidcahan teleaparıcı, prodüser Tolikin verilişinin bağlanmasında müğənniləri günahlandırması fikrinə münasibət bildirib.

İstixeber.info xəbər verir ki, o, bu barədə açıqlamasında Tolikin dediyi “bu dəfə müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum” sözlərinin ona aid olmadığını bildirib.

“Mən bu sözləri özümə götürmürəm. Şükür Allaha, tərbiyəmə çox arxayınam. Tərbiyə mənə əsl kökümdən, nəslimdən gəlib. Mənim elə bir atam vardı ki, heç vaxt ağzına “azar” sözünü belə almırdı. Biz bu cür tərbiyə görmüşük.

İndi elə insanlar var ki, onlara eşşək, it desən, onlar üçün şərəf olar. Çünki o heyvanların özlərinə xas çox gözəl keyfiyyətləri var. Hazırda elə bir zamana gəlmişik ki, indi insanlar eşşəkdən də, itdən də çox-çox aşağı səviyyədədirlər.

O ki qaldı çox hörmət etdiyim Tarix Əliyevə, mən tam əminliklə bildirə bilərəm ki, o, dediyi fikirləri mənə şamil etməyib. Orada bizim aramızda heç bir problem yaşanmayıb, sadəcə Tolikin verilişində çox gözəl bir mövzuda müzakirə gedirdi. Müzakirə sənət barəsində idi, mən də Bəstəkarlar İttifaqının üzvü kimi bu müzakirəyə qoşulmağı özümə borc bildim”.

O, Mətanət Əsədovanın onun videosunu paylaşaraq, gülüş obyektinə çevirməsindən də danışıb.

“Sözsüz ki, mənim sözlərimi başa düşməyənlər də var. Sənətdən söz düşəndə, əlbəttə ki, müzakirə yalnız onun ətrafında olmalıdır, təhqirə keçməməlidir. Hazırda operaya, teatra, romanslara gülənlər, bu janrları başa düşməyənlər mənim sözümü qanlı bıçaq kimi, təhqir kimi qarşılayacaqlar. Mən indi sizə sual verirəm, veriliş niyə bağlandı? Tolikin özü dediyi kimi tərbiyəsiz müğənnilərə görə. Efirdən tərbiyəsizlik etdiklərinə görə. Sənətimizdə tərbiyəsizliklər yayıldığı üçün

Bu gün, sənət mövzusunda müzakirələrə ehtiyac duyulur.

Əgər bizə sənət deyil, çörək lazımdır, deyilirsə, mən bir bəstəkar kimi niyə səsimi çıxarmamalıyam? Belə çıxır ki, bizə Manaf lazımdır, Tofiq Quliyev yox. Əvvəllər bu cür müğənnilər efirə buraxılmırdılar, sadəcə toylarda ifa edirdilər. Artıq-əskik danışmırdılar, çünki bilirdilər ki, musiqi savadları yoxdur. İndi efirə çıxırlar, viruslarını yayırlar camaata ki, bizə çörək lazımdır. Mövzü geniş müzakirə olunduğu üçün Tolik də öz verilişində bu mövzunu açdı, o haradan bilərdi ki, bu belə qalmaqala səbəb olacaq?

Mən gözləyirdim ki, bunlar gəlib efirdə musiqiçilərdən, bəstəkarlardan üzr istəyəcəklər, amma əksinə oldu”.\ölkə.az

İstixeber.info