“Neftçi” darmadağın oldu, çempiondan 19-cu qələbə

İdman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Futzal üzrə Yüksək Liqada III dövrəyə başlayıb.

İstixeber.info apasport.az-a istinadən bildirir ki, XIX turun oyunları “Olimpik Star”da keçirilib.

Günə son çempion “Araz”ın matçı ilə start verilib. Naxçıvan təmsilçisi “Baku Fire”ni 12:1 hesabı ilə darmadağın edib. Bu, itkisiz irəliləyən “Araz”ın mövsümdə 19-cu qələbəsi olub.

Turun mərkəzi oyununda mükafatlara iddialılar “Marafon”la “Neftçi” qarşılaşıb. Nominal meydan sahibləri rəqibini 8 qolla darmadağın edib.

İlk iki oyunda olduğu kimi “Bakı” və “Yasamal”ın duelində də darmadağın qeydə alınıb. Paytaxtın eyniadlı təmsilçisi autsayderi itkisiz keçib.

Cəmi iki qolun qeydə alındığı “Xızı Futzal” – “Record club” qarşılaşmasında qalib müəyyənləşməyib. “Premier” isə EKOL-la oyuna gəıməyib.

Yüksək Liqa
XIX tur
9 mart
13:30. “Araz” – “Baku Fire” – 12:1

Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Ramiz Məhərrəmov
Qollar: Ramiz Çovdarov, 07:52, 22:22, 23:33, Xətai  Bağırov, 08:11, 11:15, 17:41, 23:00, 24:04, 31:07, 31:28, Mehrdad  Qəmbərzadə, 10:38, Hadi  Əhmədi, 29:05 // Hüseyn Qarayev, 37:49

15:30. “Marafon” – “Neftçi” – 8:0
Hakimlər: Kənan Məlikov, Ceyhun Hüseynov, Anar Fərəcov
Qollar: Vitali  Borisov, 03:08, 06:58, Tofiq  Mikayılov, 06:25, Sərxan Məstiyev, 16:59, 26:03, 37:08, İlkin Hacıyev, 33:55, Elşən  İbrahimxəlilov, 38:08

17:30. “Bakı” – “Yasamal” – 9:4
Hakimlər: Nail Nağıyev, Elmir Quluzadə, Əli Cəbrayılov
Qollar: Vüsal Buludov, 04:53, 27:16, İlham Allahverdiyev, 10:05, 29:20, 30:01, Məhəmməd Bədəlbəyli, 16:02, 16:58, 33:44, 38:19 // Kamal Həsənpur, 19:38, 25:15, Davud Bagheri, 24:14, Pərviz Əliyev, 31:09

19:30. “Xızı Futzal” – “Record club” – 1:1
Hakimlər: Mehman Mahmudov, Mahir Məmmədov, Rahin Heybətov
Qollar: Elnur Soltanlı, 35:25 // Matin Gahramani, 22:53

1 Araz 19 19 0 0 139-34 57
2 Marafon 19 15 0 4 131-46 45
3 EKOL 18 14 0 4 103-52 42
4 Neftçi 18 12 0 6 74-66 36
5 Baku Fire 19 10 1 8

79-84 31
6 Bakı 19 6 2 11 76-99 20
7 Premier 17 4 2 10 63-100 14
8 Record club 19 4 2 13 64-110 14
9 Xızı Futzal 19 4 1 14 65-120 13
10 Yasamal 19 1 0 18 59-141 3

Bombardirlər: Xətai Bağırov (Araz) – 39, Firudin Ağalarov (Premier, Quba // Xızı Futzal) – 29 qol

İstixeber.info