Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar – VİDEO

Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda hazırda təqaüddə olan hakimin ailəsindəki böyük qalmaqal artıq pik həddə çatıb. Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirov öz oğlunun ailəsinin boşanmasına israrlı olduğu kimi, nəvəsinin oğurlanmasının birbaşa təşkilatçısı olduğu iddia olunur.

Bir neçə gün əvvəl Criminal.az-a azyaşlı qızının oğurlanacağını deyən Ç.Bəşirovun gəlini, Rusiya vətəndaşı Samirə Bəşirova saytımıza müraciət edərək artıq qızının ondan zorla alındığını bildirib. S.Bəşirovanın sözlərinə görə, uşağının ondan alınmasında baş rolda polis əməkdaşları olub.

S.Bəşirova bildirib ki, martın 5-da axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək zorla uşağını ondan alıb: “Bizi aldartdılar ki, guya uşağı ekspert yoxlayacaq. Biz də onları mənzilə buraxdıq. Qəfildən evə bir neçə polis daxil oldu. Qızımı qucağımdan qopararaq həyat yoldaşım Tamerlana verdilər”.

İstixeber.info