Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşdi

İdman
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

Keçirilən iki oyunla ilk 1/4 finalçılar bəlli olub. “Valensiya” “Mestalya”da “Atalanta”nı qəbul edib İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edən “Atalanta” bu dəfə də qələbə qazanıb- 4:3.

Günün digər matçında isə “Tottenhem” “Leyptsiq”in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası Almaniyada da məğlub olub – 0:3.

Beləliklə, “Atalanta” və “Leyptsiq” 1/4 finala yüksəlib.

10 mart

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) – 3:4
Qollar: 
İliçiç, 3-pen (0:1), Qameyro, 21 (1:1), İliçiç, 43-pen (1:2), Qameyro, 51 (2:2), Torres, 67 (3:2), İliçiç, 71 (3:3), 82 (3:4)
İlk oyun – 1:4
Baş hakim:
 Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 3:0
Qollar: 
Sabitzer, 10, 22, Forsberq, 88
İlk oyun – 1:0
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
11 mart

00:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun – 1:2
Baş hakim:
 Entoni Taylor (İngiltərə)
Paris. “Park de Prens”

00:00. “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)
İlk oyun – 0:1
Baş hakim:
 Danni Makkeli (Niderland)
Liverpul. “Enfild Roud”/qol.az

İstixeber.info