Türkiyədə ilk dəfə koronavirusa yoluxma halı təsbit edilib

Dünya Sağlamlıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

 Xəstəliyə yoluxan kişinin vəziyyəti sabitdir.

İsrixeber.info xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bəyan edib. “Həmin kişi Avropada yoluxub və hal-hazırda cəmiyyətdən təcrid edilib. Həmçinin onun ailəsi həkimlərin nəzarəti altındadır”, – deyə nazir qeyd edib. O, Türkiyə vətəndaşlarına zərurət olmadan xaricə getməməyi tövsiyyə edib. “Təşvişə də gərək yoxdur. Bütün lazımi tədbirləri görürük. Bir xəstə bütün cəmiyyət üçün təhlükə mənbəyi ola bilməz”, – deyə F.Koca əlavə edib.

İstixeber.info