06/08/2020

İnformasiya Portalı

ƏMRAH FƏQANOĞLU: “GUYA Kİ, HEÇ MƏNİ TANIMAYIRSAN…”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

(O gün çəkinmədən ünvanıma «sən heç vaxt mənə doğma olmamısan!» kəlmələrini söylədin…)

Bu sözü kaş mənə o an deyəydin-
Əlim əllərinə toxunan anda.
“Sən mənə ögeysən, yadsan” deyəydin
İkimiz qol-boyun addımlayanda.

Deyəydin sevmirəm, özünü yorma,
Bu, məhəbbət deyil, bir əyləncədir.
Heç vaxt olmamısan sən mənə doğma
Nə də bu görüşlər ürəyimcədir.

Üstümə yağaydı baxışlarından
Sevmirəm yağışı gərək o dəmlər.
Mən də əl çəkəydim özgə yarından
Alsa da könlümü min qüssə-kədər.

Gərək sən özünü aldatmayaydın-
Bir qəlbdə iki eşq daşımaq olmur.
Bununla sən məndən inamı soyudun.
İnamsız nə ömür? Yaşamaq olmur!

Dünən yad olan kəs indi doğmandır.
Fərqi yox səninçün kim oxşar səni.
Yolunda xoşbəxtlik çırağı yandır,
“Çoxdan gözləyirdim”-de, a yar, səni.

Mənsə ögey olum, yad olum sənə
Guya ki, heç məni tanımayırsan.
Baxışlar laqeyd, ürək biganə…
Biganə ürəklə yaşamaq asan-
Guya ki, sən məni tanımayırsan…
Guya ki, heç məni tanımayırsan…

Əmrah Fəqanoğlu

İstixeber.info

escort mersin | mersin escortları