Sabah hava necə olacaq?

Hava haqqında
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixeber.com-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu  gecə 6-8° isti, gündüz 12-16° isti,Bakıda  gecə 6-8° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə
sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Martın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz  16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

İstixeber.com