Yevlaxda kişi həbsdən çıxan qohumunu öldürdü

Bölgə Kriminal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax rayonunda həmyerlisini öldürməkdə təqsirli bilinən Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İstixeber.com xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 1-nə təyin olunub.

Qeyd edək ki, Yevlax rayonunun Malbinəsi kəndi ərazisindən əvvəllər məhkum olunmuş Nicat Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

İstintaq orqanı tərəfindən Murad Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./demokrat

İstixeber.com