Xalq artistinin qızı koronavirusa yoluxdu, ailə üzvlərini karantinə aldılar – FOTO

Gündəm Sağlamlıq Şou biznes
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub.

İstixeber.com xəbər verir ki, o, hazırda xəstəxanada karantin rejimindədir.

V.Əliyeva çox da yüksək olmayan temperatur və ara-sıra öskürək simptomları müşahidə etdikdən sonra koronavirus testindən keçib və testin nəticəsi pozitiv çıxıb.

Vəfa Əliyevanın ailə üzvləri də karantinə alınıb, onlar da koronavirus testindən keçiblər, analizlər götürülüb. Nəticələr hələ məlum deyil.

Qeyd edək ki, V.Əliyeva şəhər poliklinikalarının birində həkim işləyir. Onun məhz orada virusa yoluxduğu ehtimal edilir./BAKU.WS

İstixeber.com