Yevlax sakini yaşadığı kəndin küçələrində “Evdə qal” çağrışı edir

Bölgə Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax rayonunun Ərəş kənd sakini Mais Mehdiyev koronavirusdan qorunmaq üçün insanları evdə qalmağa çağırıb. 

İstixeber.com xəbər verir ki, 54 yaşlı kənd sakini insanları karantin rejiminə əməl etmək üçün bu cür çağrışlar etməyi vacib hesab etdiyini bildirib. O, səs gücləndirci vasitəsi ilə gün ərzində həm avtomobil həm də piyada olaraq 30 kilometr yol qət edərək insanlara çağrış edir. İnsanların sıx toplaşdığı ərazilərə çıxan Mais Mehdiyev virusdan qurtulmaq üçün evdə qalmağın vacibliyini kəndlilərə çatdırır. Kənd sakini bildirir ki, 2 gündür başladığı işin artıq nəticəsi var.

Yevlaxın Ərəş kənd sakini bu cür çağrışlarını karantin rejimi bitənə qədər davam etdirəcəyini bildirir./yeniavaz.com

İstixeber.com