İcazəsiz evdən çıxanlar həbs oluna bilər? – AÇIQLAMA

Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Martın 31-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah həyati əhəmiyyətli fəaliyyət sahələrindən başqa digər işçilərin evdən çölə çıxmasını qadağan edib. Həmin gündən polis əməkdaşları tərəfindən karantin qaydalarının təmin edilməsi üçün güclü nəzarət tədbirləri aparılır və qaydalara riayət etməyənlər cərimələnir.
Bəs görəsən cərimədən əlavə icazəsiz evdən çıxan vətəndaşları həbs cəzası gözləyirmi?

İstixeber.com-un məlumatına görə, sözügedən məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən hüquqşünas Tağı Hüseynov karantin qaydalarını pozan şəxslərin cərimələrdən əlavə,1 aylıq həbs edilə biləcəklərini bildirib: “İnzibati Xətalar məcəlləsində qeyd olunub ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir”.

Onun sözlərinə görə, bundan əlavə virus daşıyıcısı olan karantin qaydalarını pozan şəxsləri daha sərt cəzalar gözləyir: “ Cinayət Məcəlləsində qeyd olunub ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

İstixeber.com