Şarapova telefon nömrəsini yaydı – “Mənə mesaj yazın”

Dünya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Karyerasını başa vuran rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz addım atıb.

İstixeber.com xəbər verir ki, o, özünün rəsmi İnstaqram səhifəsində telefon nömrəsini yazaraq izləyicilərini ona mesaj yazmağa çağırıb:

“Ötən həftə 150 izləyicimlə əla videokonfrans etdik. Biz söhbəti başa vursaq da, ünsiyyəti davam etdirmək istəyirdim. Hamımız indi eyni vəziyyətə düşmüşük (koronavirus dövründəki özünütəcridi nəzərdə tutur – red.). Mən yeni nömrə almışam. Onu sizin üçün burada yazıram. Mənə yazın! 310-564-7981. Bu, əsl həqiqətdir. Mənə danışın görüm, necəsiniz, sual verin və yaxud sadəcə salam yazın”./oxu24.com

İstixeber.com