UCQAR DAĞ KƏNDLƏRİNDƏ KARANTİN REJİMİNƏ RİAYƏT OLUNMASI TƏMİN EDİLİR – FOTO

Azərbaycan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunması və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Bölməsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.com-a verilən məlumata görə, dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Qonaqkənd Polis Bölməsinin əməkdaşları mütəmadi olaraq kəndlər ərazisində xidmət təşkil edərək, kənd sakinlərini elan edilmiş rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən lüzumsuz yerə yaşadıqlar evləri tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən bölmə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.
Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər.

İstixeber.com