Kreditlərlə bağlı Nazirlər Kabinetindən AÇIQLAMA

Cəmiyyət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Koronavirus pandemiyası dövründə banklara kreditin qaytarılması ilə bağlı güzəştin edilməsi məsələsi müzakirə olunur və yaxın günlərdə buna aydınlıq gətiriləcək”.

İstixeber.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, müzakirələrin nəticəsində hansı qərarın qəbul olunması bilinəcək:

“İstehlak kreditləri ilə bağlı Mərkəzi Bank sədri də dedi ki, məsələyə baxılır. İstehlak kreditləri alanlar işləyən insanlardır. İşləmirsənsə, sizə heç kim kredit verə bilməz. Kredit götürən sahibkarlara isə dövlət dəstəyini göstərir. Görülən tədbirlər nəticəsində kreditlər yumşaldılacaq, əlavə kreditlər veriləcək. Verilən kreditlərin bir hissəsini də dövlət üzərinə götürəcək”.

İstixeber.com