Neftin qiyməti görülməmiş həddə ucuzlaşdı

İqtisadiyyat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri hazırda 1 barelə görə 27,2 dollar təşkil edir.

İstixeber.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 21% ucuzlaşaraq hazırda 1 barelə görə 14,6 dollar olub.
Məlumat üçün bildirək ki, inflyasiya nəzərə alınmaqla aparılan hesablama göstərir ki, WTI markalı neftin qiymətin 1946-cı ildən sonra heç vaxt bu səviyyəyə düşməyib.

İstixeber.com